Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

“Gürcü Arzusu” BBC-yə qarşı iddia hazırlayır

 

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası BBC telekanalına qarşı məhkəmə iddiası hazırlayır.

Yenixeber.org xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

O, artıq vəkillərin iddia üzərində işlədiyini qeyd edib.

“İddianın hazırlanması üçün Britaniya tərəfinin hüquqi yardımından da istifadə olunacaq. Biz BBC-nin yalanının ifşa olunması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcəyik”, - spiker əlavə edib.

Qeyd edək ki, BBC-nin bu yaxınlarda yayımladığı süjetdə 2024-cü ildə Tbilisidə keçirilən aksiyaların dağıdılmasında Birinci Dünya müharibəsi zamanına aid zəhərli kimyəvi maddələrdən istifadə olunduğu iddia edilib. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti materialla bağlı dərhal istintaqa başlayıb və ötənilki iğtişaşlar zamanı qadağan edilmiş hər hansı bir maddənin tətbiq olunmadığını sübuta yetirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam