Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Əhməd İsmayılov: Türk dünyasının jurnalistləri arasında həmrəyliyə ehtiyac var

 

"Ölkələrimiz haqqında həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılması üçün bütün Türk dünyasının jurnalistləri arasında həmrəyliyə ehtiyac var".

Yenixeber.org xəbərə görə, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Ankarada keçirilən türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumunda çıxışı zamanı deyib.

Əhməd İsmayılov bildirib ki, media subyektləri öz peşəkar missiyasını layiqincə yerinə yetirdiyi təqdirdə türk dünyasının səsi beynəlxalq müstəvidə daha güclü eşidiləcək. Onun sözlərinə görə, dövlətlərin yerləşdiyi coğrafiyanın real mənzərəsini düzgün işıqlandırmaq və beynəlxalq ictimaiyyəti obyektiv informasiya ilə təmin etmək üçün jurnalistlərin peşəkarlığının və sayıqlığının artırılması vacibdir.

İcraçı direktor çıxışının sonunda forumda iştirak edən jurnalistlərə və media nümayəndələrinə bu istiqamətdə fəaliyyətlərində uğurlar arzulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam