Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Ukrayna dronları Xəzər dənizində Rusiyanın hərbi gəmisinə və "Lukoil"in neft-qaz platformasına zərbə endirib

 

Ukrayna Müdafiə Qüvvələri Xəzər dənizində Rusiyanın “Oxotnik” hərbi gəmisinə zərbə endirib.

Yenixeber.org xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"19 dekabr gecəsi Ukrayna Müdafiə Qüvvələri Rusiya hərbi dəniz qüvvələrinin "Oxotnik" gəmisini uğurla vurub. Gəmi Xəzər dənizində neft və qaz hasilatı platformasının yaxınlığında patrul xidməti həyata keçirirdi", - məlumatda bildirilib.

Qeyd olunub ki, gəmiyə bir neçə Ukrayna dronu zərbə endirib. Hazırda zərərin dərəcəsi və gəminin gövdə nömrəsi müəyyənləşdirilir.

Bundan əlavə, Ukrayna qüvvələri Xəzər dənizindəki “Lukoil” şirkətinə məxsus Filanovski neft və qaz yatağında qazma platformasına da zərbə endirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam