Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

“Sherlock Park” restoranında nöqsanlar aşkarlanıb:Bu ətlərdən verilən qidalarda….

media-serll

Bakı şəhəri, Nizami rayonu, M.Gəncəvi küçəsi, ev 1A, mənzil 1A ünvanında fiziki şəxs Zümrüd Mürvət qızı Bədirliyə məxsus “Sherlock Park” ictimai iaşə obyektində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.

Yenixeber.org: Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən  verilən məlumata görə, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, mətbəxdə havalandırma sisteminin quraşdırılmadığı, dondurucu və soyuducularda mal qonşuluğu prinsipinin pozulduğu, soyuducuda baytarlıq ekspertizasından keçirilməyən, müvafiq baytarlıq sənədləri ilə müşayiət edilməyən qaşqaldaq, bildirçin, toyuq, balıq və mal ətləri müəyyən edilib.

Yoxlama zamanı obyektin həyətyanı sahəsində saxlanılan diri quşlar (2 ədəd xoruz, 2 ədəd lal ördək və 1 ədəd hind quşu) obyektdən kənarlaşdırılaraq sahibkarın şəxsi həyətyanı sahəsində saxlanması üçün təhvil verilib, quşların saxlanıldığı tikililər sökülərək ərazi təmizlənib.

Sahibkar izahatında ov quşlarının (qaşqaldaq, gərəf, turac və s.) satışının həyata keçirilmədiyini, instaqram səhifəsində müştəri cəlb etmək məqsədilə reklam edildiyini bildirib.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti müvvəqəti dayandırılıb, müşayiətedici sənədləri olmayan məhsulların satışı qadağan edilib.

media-400media-500media-300



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam