Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Priqojinin məzarını təhqir etdi -...cəbhəyə getdi

Sankt-Peterburqda Yevgeni Priqojinin məzarını təhqir etməkdə ittiham olunan Vyaçeslav Şvedov barəsində açılmış cinayət işinin icraatı dayandırılıb.

Yenixeber.org: Səbəb onun Müdafiə Nazirliyi ilə müqavilə imzalayaraq Ukraynadakı müharibəyə yollanmaq qərarı verməsidir.

Şvedov “Vaqner”in qurucusu Priqojinin məzarına “Xoruz” yazılmış plakat yapışdırmaqda ittiham olunub. Ona qarşı ölülərin xatirəsinə və dəfn yerlərinə hörmətsizlik maddəsi ilə iş açılıb, 6 aya qədər həbs cəzası nəzərdə tutulub. İş 2025-ci ilin martında məhkəməyə göndərilsə də, Şvedov iclaslara qatılmayıb və axtarışa verilib.

O, sonradan 6 min rubl oğurluq işi üzrə saxlanılaraq istintaq təcridxanasında tapılıb. Məhkəmənin məlumatına görə, Şvedov müharibəyə yollanmaq üçün müqavilə imzaladığından məzarın təhqiri ilə bağlı cinayət işinə baxılma müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, Priqojinin Poroхov qəbiristanlığındakı məzarı üzərindəki abidə 2024-cü ilin mayında quraşdırılıb. Qısa müddət sonra abidə ağ boya ilə rənglənib və üzərinə müxtəlif təhqiramiz plakatlar yapışdırılıb. Məhkəmə materiallarına əsasən, bu hərəkətləri məhz Şvedov törədib.

Hadisə Rusiyada “müharibəyə getməyin” bir sıra cinayət işlərindən faktiki yayınma vasitəsinə çevrildiyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam