Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Arkadi Qukasyan Ermənistan vətəndaşlarının məhkəməsində son sözünü deyir

 

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir.

Yenixeber.org xəbər verir ki, dekabrın 25-də keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs Levon Mnatsakanyan son söz çıxışını davam etdirib.

Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını bildirib və deyib: "Mənə qarşı irəli sürülmüş ittihamların heç birində özümü günahkar hesab etmirəm".

O, ibtidai istintaqda dediklərindən imtina etdiyini söyləyərək məhkəmədən qərar qəbul edərkən yalnız məhkəmədə dediklərinin əsas kimi götürülməsini xahiş edib.

L.Mnatsakanyan fikirlərini sona qədər ifadə etməyə şərait yaratdığına görə məhkəməyə təşəkkür edib. Sonda o, üç gün ərzində etdiyi çıxışı – 51 səhifəlik mətni məhkəmə protokollarına əlavə etmək üçün məhkəməyə təqdim edib.

Ardınca təqsirləndirilən şəxs Arkadi Qukasyan son söz çıxışına başlayıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam