Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

"Azpetrol" Eyyubovlara yaxınlığını danır -Şirkətdə nə baş verir?

"Azpetrol" MMC-nin Baş direktoru Ceyhun Məmmədovun müavinləri - Ruslan Eyyubovun qohumları Əli Kərimli və Etibar Xudaverdiyevin vəzifələrindən kənarlaşdırıldığı iddia edilir. 

Yenixeber.org: Məlumata görə, bunun səbəbi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan və barəsində məhkəmə qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilən Ruslan Eyyubovla bağlı gedən istintaq araşdırmasıdır.

Ceyhun Məmmədov

 Qeyd edək ki, mətbuatda yer alan və bu günə qədər təkzib olunmayan məlumatlarda "Azpetrol"un Ruslan Eyyubova məxsus olduğu yazılır. Şirkətin direktor müavinləri Əli Kərimli və Etibar Xudaverdiyev isə həbs olunan Ruslan Eyyubovun qohumlarıdır. 

Əli Kərimli

Əldə etdiyimiz məlumatda o da bildirilir ki, hazırda sözügedən şirkətdə yoxlama aparılır. Elə bu səbəbdən də Əli Kərimli və Etibar Xudaverdiyev vəzifələrindən kənarlaşdırılıblar. 

Məlumata görə, yaxın günlərdə "Azpetrol" MMC-də səhmdarların toplanacaq və mühüm qərarlar qəbul ediləcək. 

Etibar Xudaverdiyev

Mövzu ilə bağlı "Azpetrol"un mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun əməkdaşı "Azpetrol"un Ruslan Eyyubova məxsus olması, şirkətdə yoxlamaların getməsi və müavinlərin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı bütün suallara "həqiqəti əks etdirmir" deyə ümumi bir cavab verməklə kifayətləndi. Şirkətn səhmdarlarının kimliyi ilə bağlı sualları isə cavablandırmaq istəmədi.(Qaynarinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam