Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Səfirimiz Dövlət Bağçalını ziyarət edib -FOTOLAR

munasibetlerimiz-qardasliq-prinsipleri-uzerinde-inkisaf-edecek

23 oktyabr tarixində səfir Rəşad Aslanov MHP sədri Dövlət Bağçalını ziyarət edib.

Yenixeberorg.az: Bu barədə Rəşad Aslanov sosial şəbəkə hesabında paylaşım edib.

“Səfir Prezident İlham Əliyevin səmimi salamlarını, Azərbaycan-Türkiyə qardaşlığının müdafiəsi istiqamətində nümayiş etdirdiyi prinsipial mövqeyə və dəstəyə görə təşəkkürünü MHP sədrinə çatdırıb.

Türk dünyasının birlik və bərabərliyinin möhkəmləndirilməsi istiqamətində səylərinin Azərbaycanda böyük rəğbətlə qarşılandığını vurğulayıb.

MHP sədri Dövlət Bağçalı Azərbaycan Prezidentinin yüksək diqqəti və təşəkkürünə görə öz minnətdarlığını ifadə edərək, dövlət başçısına səmimi salamlarını çatdırmağını xahiş edib və daim Azərbaycanın yanında olduğunu bildirib.

Azərbaycan-Türkiyə qardaşlığının qorunmasının və həmrəyliyin gücləndirilməsinin bütün Türk dünyasının ortaq gələcəyi baxımından strateji əhəmiyyət daşıdığını, ölkələrimizin münasibətlərinin bundan sonra da qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq, etimad və qardaşlıq prinsipləri üzərində inkişaf edəcəyinə əminliyini ifadə edib”, - deyə o, paylaşımda qeyd edib.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam