Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Portuqaliya Azərbaycandan neft alışını 45 %-ə yaxın azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Portuqaliyaya 395 min 031,62 ton xam neft ixrac edib.

Yenixeberorg.az xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 221 milyon 958,01 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 9 ayı ilə müqayisədə 44,7 %, dəyəri isə 42,36 % azdır.

Portuqaliyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 2,49 % olub.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 10 milyard 103 milyon 482,51 min ABŞ dolları olan 15 milyon 829 min 589,9 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 23 milyard 865 milyon ABŞ dolları ixracın, 13 milyard 346 milyon ABŞ dolları isə idxalın payına düşüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam