Rusiya diplomatı XİN-ə çağırıldı -SƏBƏB

Rusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili “Threod Systems” müdafiə şirkətinin binasının yandırılmasına cəhdə görə Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.
Yenixeberorg.az: Bu barədə XİN məlumat yayıb.
Bildirilir ki, hadisədə Rusiya kəşfiyyatının əli ola bilər.
İnsidentdə şübhəli bilinən şəxslər saxlanılıb və təhlükə aradan qaldırılıb.
Bundan əlavə, Estoniyanın xarici işlər naziri Marqus Tsahkna dekabrın 1-dən Rusiya ilə quru sərhədindəki bütün avtomobil keçid məntəqələrinin nəqliyyat vasitələri və piyadalar üçün bağlanmasının planlaşdırıldığını bildirib.









AZ
RU