Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Azərbaycan və İsrail Müdafiə nazirlərinin görüşü olub(FOTO)

Tel-Əvivdə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrailin Müdafiə naziri Aviqdor Liberman arasında görüş keçirilib.

Yenixeber.org:Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, protokola uyğun olaraq İsrail Müdafiə Nazirliyində Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi keçirilib.

Müdafiə nazirləri Fəxri Qarovulun önündən keçdikdən və Dövlət himnləri səsləndirildikdən sonra nazirlərin təkbətək görüşü baş tutub.

Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə tərəflər regional təhlükəsizlik, ölkələrimiz arasında hərbi, hərbi-texniki və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam