Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Sarkisyan danışdı:“Hakimiyyəti populistlərə güzəştə getdim”

 

 
Sarkisyan sükutu pozdu: “Hakimiyyəti populistlərə güzəştə getdim”
Ermənistanda demokratiyanı təhdid edən təhlükəli hadisələr baş verir, konstitusiyanın əsasları pozulur.

Yenixeber.org: Bunu Ermənistanın sabiq prezidenti, Respublikaçılar Partiyasının sədri Serj Sarkisyan Xorvatiyada Avropa Xalq Partiyasının iclasında deyib.
O bildirib ki, 2018-ci ilin yazında Ermənistanda sülh yolu ilə hakimiyyət dəyişikliyi baş verib: "Onda mənim bir məqsədim var idi - insan tələfatına yol verməmək və ölkəni təhlükəli zərbələrdən qorumaq. Son bir il yarımda inqilab adı ilə hakimiyyətə gələnlər heç bir inqilabi dəyişiklik etməyib, xarici və daxili siyasi gündəmə hər hansı inkişaf gətirməyiblər".

Sarkisyanın gözlərinə görə, Ermənistanda məhkəmələrin müstəqilliyi pozulub. Siyasi təqiblər davam edir:

"Müxalifət jurnalistlərinə və fəallarına qarşı aqressiv hərəkətlər vaxtaşırı baş verir. Dözümsüzlük və nifrət narahatlıq doğuran həddə çatıb”,- deyə Sarkisyan bəyan edib.

Sabiq prezident, həmçinin vurğulayıb ki, o, xalqın daha yaxşı bir dövlət qurmağa çalışması üçün vəzifəsindən gedib:

“Ancaq bu gün populistlərə hakimiyyəti güzəştə getdiyim üçün ittihamlar eşidirəm. Bu narahatlığı səsləndirmək, hakimiyyət dəyişikliyi dövründə minlərlə insanın inam və gözləntilərini müdafiə etmək üçün indi buradayam. Ermənistanda baş verənlərdə bizim də günahımız var. Amma sizi əmin edirəm ki, təhlükəsizlik və sabitlik bizim üçün prioritet idi".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam