Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Sabahın hava proqnozu

         Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı gözlənilir. 

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman, çiskin gözlənilir.

Gün ərzində mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60% olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman gözlənilir.

Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 12-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam