Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Sabah -39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq

8 iyulda gözlənilən hava şəraiti açıqlanıb. 

Yenixeber.org: Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, 8 iyulda Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-26,  gündüz 35-39, Bakıda  gecə 23-25, gündüz 36-38 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz təşkil edəcək. 

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.  

8 iyulda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi qərb rayonlarında  şimşək çaxacağı, yağış yağacağı, dolu  düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.  

Havanın temperaturu  gecə 21-26, gündüz 35-39, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 8-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, arabir durğun hava şəraiti və gündüz saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam