Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Ermənistandan Ukrayna səfirliyinə qarşı təxribat -VİDEO

Ermənistandan Ukrayna səfirliyinə qarşı təxribat  -  VİDEO
Ermənistanın terroçu "Daşnaksütyun" partiyasının Gənclər Birliyinin üzvləri İrəvandakı Ukrayna səfirliyinin binasına borş töküblər.
Yenixeber.org: Onlar bunu Ukrayna Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə dair bəyanatına etiraz olaraq ediblər.

Terroru dəstəkləyən partiyanın gəncləri deyib ki, Ukrayna bölgədəki münaqişənin kəskinləşməsinə yönəlmiş birtərəfli bəyanat verib.

“Biz bişirdiyiniz şorbanı qaytarmağa gəldik. Onu yeyin və susun”, - gənclər birliyinin üzvü Qor Sarkisyan deyib. Bundan sonra, borşu səfirliyin binasına töküblər. Ardınca isə ölkə əleyhinə şüarlar səsləndiriblər.

Xatırladaq ki, Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Kiyevin münaqişəni beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunması qeyd edilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam