Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Türkiyədə “hər şey daxil” sistemi dəyişir

 

 Türkiyə kurortlarındakı hotellərdə tətbiq edilən “hər şey daxil” sistemində dəyişiklik ediləcək. Bundan sonra, “İsveç stolu”ndakı yeməkləri boşqablara müştərilər yox, hotelin işçiləri qoyacaq.

 Yenixeber.org: RİA “Novosti” xəbər verir ki, bunu Türkiyə Hotelçilər Federasiyasının rəhbəri Sururi Çorabatır deyib.

Onun sözlərinə görə, bu, yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçündür:

“Boşqablar və bıçaqlar, Türkiyə Səhiyyə Nazirliyi tərəfindən hazırlanan xüsusi qaydalara görə dezinfeksiya edilir. Hotel işçiləri də pandemiya dövründə işləmək üzrə təlim keçiblər. “Hər şey daxil” sistemində digər qaydalar dəyişməyib”.

Bundan əvvəl, Türkiyənin Sidə və Alanya kurortlarındakı ticarətçilər və sənətkarlar hökumətə müraciət edərək otellərdə “hər şey daxil” sistemi üzrə standartlara yenidən baxılmasını xahiş etmişdilər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam