Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Tibbi sığortası olmayanlar-ABŞ-a buraxılmayacaq

Tibbi sığortası olmayanlar ABŞ-a buraxılmayacaq
ABŞ Prezidenti Donald Tramp tibbi sığortası olmayan və ya tibbi xərclərini qarşılaya bilməyən immiqrantların ABŞ-a girişini məhdudlaşdıran fərman imzalayıb.
Yenixeber.org: Ağ Evin saytında dərc edilən sənədə görə, ölkəyə girdikdən sonra immiqrantın 30 gün müddətində sağlamlıq sığortası olmalıdır. Və ya xarici vətəndaşın mümkün tibbi xərcləri ödəmək üçün kifayət qədər vəsaiti olmalıdır.

Əgər bu şərtlərdən nə birincisi, nə də ikincisi yerinə yetirilməsə, onda onun ABŞ-a girişi dayandırılacaq və məhdudlaşdırılacaq.

Qeyd olunub ki, bu qayda sərəncam qüvvəyə minməzdən əvvəl immiqrasiya vizası almış əcnəbilərə, habelə “xüsusi immiqrasiya vizası” alanlara, ABŞ vətəndaşlarının uşaqlarına, IR-5 viza sahiblərinə şamil edilmir. SB-1, həmçinin IR-2, IR-3, IR-4, IH-3 və ya IH-4 vizaları da bura daxildir.

Xüsusilə, fərman ABŞ-ın daimi sakinlərinə, sığınacaq almaq üçün müraciət edənlərə də təsir etməyəcək. Bu sərəncam noyabrın 3-də qüvvəyə minəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam