Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

On minlərlə homoseksual və müsəlman-Ermənistana axın edir?

Ermənistana Hindistan və Pakistandan on minlərlə “qeyri-ənənəvi oriyentasiyaya malik indus ” axın edir. Bu, “antierməni layihəsinin” bir hissəsidir.

Yenixeber.org: Belə iddia ilə qarabağlı keçmiş səhra komandiri və generral, hazırda Nikol Paşinyanın bir nömrəli düşməninə çevrilmiş Vitali Balasanyan shame.am portalına müsahibəsində çıxış edib.

“Hazırda Ermənistanı Hindistan pasportu ilə “indus” sifətli adamlar və “kubalılar” başına götürüb. Bu yaxınlarda biz həmin “kubalıların” bir qrupunu Yerevanda, hökumət binasının qarşısındakı Respublika meydanında gördük-onlar transgender-fahişələr idi”,-Balasanyan deyib.

O, qeyd edib ki, KİV-lərin ardınca bu adamların QİÇS-lə xəstə olduğunu müvafiq analizlər aparılmadan iddia edə bilməz. “Amma onlar sözün hərfi mənasında xəstədir, çünki homoseksualistdir və deməli xəstə adamlardır”,-Balasanyan bildirib.

Balasanyanda informasiya var ki, qarşısı alınmasa  “ən azı 10 min belə homoseksual” Ermənistana gələcək. “Və üstəlik daha böyük təhlükə odur ki, Ermənistana axın edən “induslar” mənim informasiyama görə müsəlmandır, onların sayı 30 minə çatır”,-o iddia edib.

Keçmiş səhra komandiri daha da irəli gedərək deyib ki, “onun əldə etdiyi informasiyaya görə” həmin “hindistanlı qastarbayterlərin” ailələri ABŞ-dan gen-bol maliyyələşdirilir və bu da onlara Ermənistanda “qəpik-quruşa işləməyə” imkan yaradır.

“Hazırda Ermənistana eyni zamanda iki axın yönəlib: qeyri-ənənəvi oriyentasiyaya malik olanlar və müsəlmanlar. Siz təsəvvür edirsinizmi ki, Ermənistan üçün 10 min qeyri-ənənəvi oriyentasiyalı və 15 mindən çox müsəlman nə deməkdir?”,-Balasanyan bütün bunların indiki hakimiyyətin əməlləri olduğunu deyərək sual edib.

Onun fikrincə Nikol Paşinyanın hökumətinin bütün hərəkətləri Ermənistan üçün çox təhlükəlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam