Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Ermənistanda İctimai Şuraya -hücum başlayıb

Ermənistanda İctimai Şuraya hücum başlayıb
“Ermənistanda İctimai Şuraya böyük bir hücum başlayıb".
Yenixeber.org: Bunu İctimai Şuranın sədri Vazgen Manukyan bildirib. Onun sözlərinə görə, ilk hücum şəxsən özünə qarşı yönəldilib.

"Dövlətdə yeni bir mərhələ başladı. Amma görülən işlər bizi məyus etdi. Məhkəmələrdəki vəziyyət, hakimlərə hücumlar, 1 mart hadisələrinin siyasiləşdirilməsi qəbuledilməzdir. Bütün bunlarla əlaqədar olaraq iyul ayında Nikol Paşinyanla görüşmək və onunla müzakirə aparmaq, məsləhətlərimi vermək qərarına gəldim.

İyul ayında Paşinyana iki dəfə zəng etdim, amma o, mənimlə danışmadı. Bu, görünməmiş bir hal idi, çünki indiyə kimi nə Serj Sarkisyan, nə Robert Koçaryan, nə də Levon Ter-Petrosyan ilə belə hal baş verib", - Manukyan əlavə edib.

İctimai Şura sədrinin sözlərinə görə, vətəndaşlarda qorxu hissi var, çünki kimi həbs edə biləcəkləri bəlli deyil:

“Mən 37-ci ilə çox yaxın olan bir ölkədə yaşayıram. Və biz hamımız bu təhlükə ilə üz-üzəyik. Hesab edirəm ki, cəmiyyət müqavimət göstərməli, Ermənistan üçün bu cür addımların təhlükəsini hakimiyyətə izah etməlidir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam