Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

“Bağdadi öldürüldümü?” - Tramp zarafat edib

“Bağdadi öldürüldümü?” - Tramp zarafat edib
“ABŞ Prezidenti Donald Tramp zarafatla İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin məhv edilməsi əməliyyatına kömək göstərdiyinə görə Suriyaya təşəkkür edib".
Yenixeber.org: Bu barədə Suriya Prezidenti Bəşər Əsəd "Paris Match" nəşrinə müsahibəsində deyib.

"Mən bu sual hər dəfə qaldırılanda gülürəm - Suriya ABŞ-a əl-Bağdadi haqqında məlumat veribmi? Çünki daha vacib bir sual verməlisiniz: ümumiyyətlə, əl-Bağdadi öldürüldümü? Amerikalıların oynadığı bu "heyrətamiz tamaşa" əslində realda baş veribmi?", - deyə Əsəd vurğulayıb.

O qeyd edib ki, Tramp İŞİD liderinin məhvində göstərdiyi köməyə görə Suriyaya təşəkkür edən zaman zarafat edib: "Bu, Trampın zarafatlarından biridir".

Qeyd edək ki, Əsəd daha əvvəl Dəməşqin əl-Bağdadinin aradan qaldırılması ilə bağlı ABŞ-la əlaqə yaratmadığını və dəlil təqdim olunmayana kimi onun ölümünün real olduğuna inanmadığını söyləyib.

Tramp oktyabr ayında ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin Suriyanın İdlib əyalətində keçirdiyi əməliyyat nəticəsində əl-Bağdadinin məhv edildiyini bəyan edib. O, əməliyyatda göstərdiyi köməyə görə, Rusiya, Türkiyə, Suriya və İraqa təşəkkür edib.

Daha sonra Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov Moskvanın əl-Bağdadini "məhv etmək" üçün əməliyyat keçirdiyinə dair etibarlı məlumata sahib olmadığını söyləyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam