Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Odessa raket atəşinə tutuldu - Ölənlər var

                 İyulun 1-ə keçən gecə Ukraynanın Odessa vilayəti raket atəşinə tutulub.

Yenixeber.org: Rusiya qoşunlarının endirdiyi raket zərbələri nəticəsində 10-dan çox sakin həlak olub.

Məlumata görə, raketlərdən biri yaşayış binasına düşüb. Həmin binada yaşayan 14 nəfərin öldüyü deyilir.

Odessa Hərbi Administrasiyasının rəsmisi Sergey Bratçuk bildirib ki, raketlərdən biri 9 mərtəbəli yaşayış binasına, digəri Belqorod-Dnestrovski rayonundakı istirahət mərkəzinə düşüb. Yaşayış binasının bir bloku tamamilə dağılıb.

İlkin məlumata əsasən, xilasedicilər dağıntılar altından on nəfərin cəsədini çıxarıb, üçü uşaq olmaqla yeddi yaralıya tibbi yardım göstərilib.

Hazırda ölən və yaralananların sayı dəqiqləşdirilir. Ölü sayının artacağı istisna edilmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam