Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Bu şəxs İsrailin yeni baş naziri oldu-FOTO

                        “Eş Atid” partiyasının lideri Yair Lapid İsrailin yeni Baş naziri olub.

Yenixeber.org: Y.Lapid Knessetə noyabrın 1-də keçiriləcək seçkilərdən sonra yeni koalisiya qurulana qədər Baş nazir vəzifəsini icra edəcək.

İyulun 3-də onun başçılıq etdiyi hökumətin ilk iclası keçiriləcək.

Qeyd edək ki, ötən gün İsrail Knesseti özünün buraxılması haqqında qanun layihəsini təsdiqləyib. Parlament telekanalı iclasın gedişini birbaşa yayımlayıb.

Deputatlar qanun layihəsini ikinci və üçüncü oxunuşda müzakirə ediblər. Sənədin qəbul edilməsindən sonra 24-cü çağırış Knessetin buraxılması elan olunub, Baş nazir postu koalisiya razılaşmasına müvafiq olaraq Naftali Bennetdən xarici işlər naziri Yair Lapidə keçib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam