Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Zelenski ön cəbhədə hərbçilərlə görüşüb -FOTO

Zelenski Baxmut istiqamətində hərbçilərə baş çəkdi

Ukrayna Prezidenti Volodimir Zelenski Baxmut istiqamətində hücum əməliyyatları aparan Ukrayna hərbçilərinin döyüş briqadalarını ziyarət edib.

Yenixeber.org: Bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

Zelenski 93-cü “Xolodnı Yar” ayrıca mexanikləşdirilmiş briqada, Qış kampaniyasının Cəngavərləri adına 28-ci əlahiddə mexanikləşdirilmiş briqada və ataman İvan Sirko adına 92-ci əlahiddə mexanikləşdirilmiş briqadanın yerləşdiyi məkanda olub.

O, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, “Xortitsa” qoşunlarının operativ-strateji qrupunun komandiri Aleksandr Sırski ilə görüşüb və “Liman” OTQ və "Soledar" OTQ-nin cavabdeh olduğu zonalarda operativ vəziyyət ilə bağlı məruzələri dinləyib.

Prezident tabor komandirləri ilə bölmələrin problem və ehtiyaclarını, xüsusilə də artilleriya mərmiləri, ön xətt hava hücumundan müdafiə sistemləri üçün raketlər, təxliyə maşınları və REM texnikası ilə təminatını ətraflı müzakirə edib.

Zelenski qeyd edib ki, danışıqların nəticələrinə görə Ali Baş Komandan Qərargahı üçün əlavə suallar yaranıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam