Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Vardanyan aclıq aksiyasını dayandırdı -AİLƏSİNDƏN AÇIQLAMA


Bakıda həbsdə olan milyarder və qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş “hökumət başçısı” Ruben Vardanyan aclıq aksiyasını dayandırıb.
Yenixeber.org: Bu barədə onun ailəsinin yaydığı açıqlamada bildirilir.

“Ruben Vardanyanın ailəsi nəhayət ki, səhhəti pisləşdiyi üçün onu aclıq aksiyasını dayandırmağa razı sala bilib. Qısa söhbət zamanı Ruben Vardanyan ailəsinin xahişlərinə boyun əydi və yaxınlarının dincliyi naminə aclıq aksiyasını dayandırmağa könülsüz razılıq verdi”, - məlumatda bildirilir.
Xatırladaq ki, Vardanyanın ailəsi daha öncə onun aprelin 5-dən aclıq aksiyasına başladığı barədə məlumat yayıb.
Qeyd edək ki, Ruben Vardanyan 2022-ci ilin sentyabrında həmin vaxt Rusiya Sülhməramlı Kontingentinin nəzarətində olan Qarabağa köçüb. O, noyabrın 4-də qondarma DQR-in “dövlət naziri” təyin edilib, 2023-cü il fevralın 23-də isə o bu “vəzifə”dən azad edilib. Vardanyan 2023-cü ilin 27 sentyabrında Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror əməliyyatları çərçivəsində həbs edilib.
Hazırda o, qondarma rejimin keçmiş “liderləri” ilə birlikdə Bakıda həbsdədir. Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam