Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Ermənistan-ABŞ təlimləri təəssüf doğurur -RƏSMİ AÇIQLAMA

ABŞ-Ermənistan təlimləri: Ermənistanın Rusiyaya xəyanəti  ŞƏRH

Qərb Ermənistanı Cənubi Qafqazda müxtəlif qarşılıqlı fəaliyyət formatlarına cəlb edir, onlar ilk növbədə Rusiyaya qarşı yönəlib.

Yenixeber.org: Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə “Eagle Partner 2024” Ermənistan-ABŞ təlimləri haqqında danışarkən bildirib.

“Bu təlimlər təəssüfdən başqa heç nə doğurmur. Bu təlimlər İrəvanın KTMT-də iştirakını dondurması və təşkilata qarşı ictimai hücumları fonunda baş verəcək.

Qərblilər hansısa dinc məqsədləri bəyan etsələr də, əsas məsələ geosiyasi layihələr üçün platsdarm yaratmaqdır. Amerikalıların Cənubi Qafqazda peyda olması yalnız regionda qalan münaqişə potensialını gücləndirəcək və yeni ayırıcı xətlər yaradacaq”, - Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarovanın sözlərinə görə, amerikalılar təlimlərin himayəsi altında Ermənistana NATO silahlı qüvvələri standartlarını tətbiq edirlər: “Bu, Ermənistanın bütün təhlükəsizlik sisteminin yenidən formatlaşdırılmasına gətirib çıxarır və nəticədə Qərbə Ermənistanın daxili və xarici siyasəti üzərində əlavə təsir rıçaqları verəcək”.

Qeyd edək ki, iyulun 15-dən 24-dək “Eagle Partner 2024” Ermənistan-ABŞ birgə hərbi təlimləri keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam