Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Həmin güllədən sonra ilk dəfə səhnədə-VİDEO/FOTOLAR

 

ABŞ-nin sabiq prezidenti Donald Tramp bir neçə gün əvvəl ona qarşı edilən sui-qəsd cəhdindən sonra ilk dəfə görüntülənib.

Yenixeber.org xəbər verir ki, prezidentliyə namizəd Respublikaçılar partiyasının Viskonsin ştatında keçirilən qurultayında iştirak edib və burada səhnəyə çıxıb.

Bu, Trampın insidentdən sonra ictimaiyyət qarşısında ilk çıxışı olub. 

Onun sağ qulağının sarğıda olması diqqət çəkib. 

Qeyd edək ki, Respublikaçılar partiyası qurultay zamanı Donald Trampın prezidentliyə namizədliyini rəsmi olaraq təsdiq edib.

Onu da xatırladaq ki, iyulun 14-də 78 yaşlı D.Tramp Pensilvaniyada mitinq zamanı hücuma məruz qalıb. Bu zaman o, sağ qulağından yüngül yaralanıb. Federal Təhqiqat Bürosunun məlumatına görə, keçmiş prezidentə 20 yaşlı Tomas Metyu Kruks atəş açıb. Onun zərərsizləşdirildiyi bildirilib. Hələlik onun hadisəni hansı səbəbdən törətdiyi məlum deyil.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam