Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Rusiya Ukraynanı raket və dron atəşinə tutub

Rusiya-Ukrayna müharibəsi - anbaan son xəbərlər - YENİLƏNİR
Gecə saatlarında Rusiya ordusu Ukrayna üzərinə irimiqyaslı hava hücumu həyata keçirib.

Yenixeber.org: Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatına görə, 5 iyun saat 20:00-dan 6 iyun səhər saatlarına qədər ölkə ərazisinə ümumilikdə 452 hava hücum vasitəsi buraxılıb.

Bunların arasında 407 ədəd “Shahed” tipli zərbə PUA-sı və müxtəlif tipli imitasiya dronları, 6 ədəd “İskəndər-M/KN-23” ballistik raketi, 36 ədəd X-101 qanadlı raketi, 2 ədəd “İskəndər-K” raketi və 1 ədəd X-31P radioəleyhinə raketi olub. Hücumlar Kursk, Voronej, Saratov vilayətləri, Primorsko-Axtarsk, Şatalovo, Qvardeyskoye (Krım) və Qara dəniz üzərindən həyata keçirilib.

Hava hücumunun qarşısını almaq üçün Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası, zenit-raket birləşmələri, radioelektron mübarizə və pilotsuz uçuş aparatları ilə mübarizə bölmələri, eləcə də mobil atəş qrupları fəal şəkildə cəlb olunub.

Ukrayna Silahlı Qüvvələrinin ilkin məlumatına əsasən, 406 hava hücum vasitəsi zərərsizləşdirilib. Onlardan 199 ədəd PUA birbaşa məhv edilib, 169 ədəd PUA isə radioelektron mübarizə vasitəsilə funksiyasızlaşdırılıb.

Qeyd olunub ki, bu hücum son aylarda qeydə alınan ən genişmiqyaslı hava hücumlarından biri olub.

Ukrayna tərəfi bildirir ki, Rusiya tərəfinin məqsədi mülki infrastrukturu və əhalini qorxu altında saxlamaqdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam