Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Ölümlə nəticələnən qəzaya görə HƏBS EDİLƏNLƏR VAR


Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakini Şaməddin Cəfərov idarə etdiyi "Daewoo” markalı 208 saylı xətt avtobusu paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi "MAN” markalı məişət tullantıları daşıyan yük avtomobili ilə toqquşub.
Yenixeber.org: DİN-dən daxil olan xəbərə görə, nəticədə yük avtomobilinin sol tərəfində yan güzgüdən tutaraq dayanan fəhlə Eldar Bayramov iki nəqliyyat vasitəsinin arasında qalaraq hadisə yerində ölüb. Qəzadan sonra sərnişin avtobusunun sürücüsü Ş.Cəfərov hadisə yerindən yayınıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin sürücü saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və araşdırma zamanı onun nəinki sərnişin avtobusu idarə etmək üçün müvafiq kateqoriyasının, ümumiyyətlə sürücülük vəqisəsinin belə olmadığı məlum olub.
Bu səbəbdən sürücü Ş.Cəfərova müvafiq sənədləri olmadan sərnişin avtobusunu idarə etmək üçün verən "Magna Trans” MMC şirkətin avtodəstə rəhbəri Kamil Məmmədov da saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 265-1.2 (ümumi istifadədə olan nəqliyyat vasitəsinin istismara verilməsi qaydalarının pozulması, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Artıq Sabunçu Rayon Məhkəməsinin qərarı ilə sərnişin avtobusunun sürücüsü Ş.Cəfərov barəsində 4, "Magna Trans” MMC şirkətin avtodəstə rəhbəri K.Məmmədov barəsində isə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qəza isə bağlı əlavə istintaq tədbirləri davam etdirilir.
Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan bütün şirkətlərə tövsiyyə olunur ki, insan ölümünə səbəb olan bu cür qəzaların qarşısını almaq üçün avtobusları sürücülük vəsiqəsi və müvafiq kateqoriyası olmayan sürücülərə etibar etməsinlər. Əks halda həmin şirkətlərin məsul əməkdaşları da qanunla nəzərdə tutulduğu qaydada məsuliyyətə cəlb olunacaqlar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam