Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Paşinyan hökumətinə qarşı çıxanlar sonda “düşmən” olur– Erməni KİV

 

 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra Ermənistanda gündən-günə getdikcə daha çox “bədii” çalarlar qazanan maraqlı bir qanunauyğunluq müşahidə edilir.

Yenixeber.org: Bu haqda məlumat Ermənistanın “Past” qəzetində yer alıb.

Nəşr yazır ki, hansısa bir qüvvə və ya fəal “pis” davrananda (yəni hansısa dövlət məmurunun ayağını tapdalayanda) birdən-birə qəribə “təsadüf” nəticəsində bu fəalda və ya bu qüvvədə bəzi problemlər ortaya çıxır.

Həmin dəqiqə belə bir informasiya yayılır ki, onun 1000 dram miqdarında vergi öhdəlikləri var, digərinin fəaliyyətlə bağlı sənədində uyğunsuzluq üzə çıxır, üçüncüsündə isə Milli Təhlükəsizlik Xidmətində səmimi söhbət etmək üçün sarsılmaz bir istək yaranır və s.

Ən az problem isə hakim komandanın sıralarından çıxarkən sakitcə qapını bağlayanda və baş verənlərə qarşı loyal mövqe nümayiş etdirəndə yaranır.

“Təbii ki, bütün bunlar bir növ informasiya terroru ilə müşayiət olunur. Dünyadakı bütün günahlar onun boynuna yıxılır və yaxud ondan yeni” düşmən” və “vətən xaini” yaradılır. Tezliklə belə etiketlərin əhalinin əksəriyyətinin boynundan asılacağı təəssüratı yaranır … ”- qəzet yazır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam