Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

ABŞ -907-ci DÜZƏLİŞDƏN İMTİNANIN MÜDDƏTİNİ UZADIB

Ötən həftə ABŞ “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin reallaşmasından imtinanın müddətini uzadıb. Bu barədə "Turan"ın Vaşinqton müxbiri xəbər verir.

Yenixeber.org: Xatırladaq ki, 1992-ci ildə erməni lobbisinin təzyiqi altında qəbul edilmiş bu düzəliş Azərbaycana dövlət yardımının göstərilməsini qadağan edir. Düzəlişdən imtinanın müddətinin uzadılmasına dair sənədi dövlət katibinin müavini Stiven Biqun imzalayıb.

ABŞ Konqresi 907-ci düzəlişi 1992-ci ilin payızında Qarabağ münaqişəsi zamanı qəbul edib.

Lakin 2001-ci il 11 sentyabr terror aktından sonra Konqres prezidentə 907-ci düzəlişdən imtina hüququ verən xarici əməliyyatların maliyyələşdirilməsi haqda qanun qəbul edib. Bu, ABŞ-a Əfqanıstandakı Amerika qoşunlarını təchiz etmək zamanı lazım olmuşdu.

Buş və Obama administrasiyası bu qadağanı həyata keçirməkdən imtina etməyə davam etdilər, Tramp administrasiyası isə ilk imtinanı iki il gecikmədən sonra ötən il ilk təsdiqləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam