Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Pentaqon Ermənistanda və Azərbaycanda yarasa toplayır?-EKSPERTDƏN İDDİA

 Ermənistanda Pentaqonun eqidası altında yarasaların toplanması proqramı həyata keçirilir.

Yenixeber.org: Erməni mənbələri xəbər verir ki, bu barədə zoonoz xəstəliklərə nəzarət veterinat səhiyyənin təşkili üzrə ekspert, “Vahid sağlamlıq” koalisiyasının lideri Qriqor Qriqoryan bildirib.

“Pentaqonun Ermənistan ərazisində həyata keçirdiyi layihələrdən biri Şərqi Avrasiyada yaşayan yarasaların toplanması proqramıdır”,-o deyib.

Qriqoryanın sözlərinə görə, proqrama Ermənistanın münaqişədə olduğu Azərbaycan, Türkiyə və Pakistan kimi ölkələr də cəlb olunub. O deyib ki, uçan məməlilər “Eco Helth Alliance” təşkilatının rəhbərliyi altında həyata keçirilir. Həmin təşkilat isə ABŞ Müdafiə Nazirliyinin təhdidlərin azaldılması üzrə Agentliyinin (DTRA) nəzarəti altındadır.

 

“Ermənistanın yarasaların toplanması proqramında iştirakını mən yolverilməz hesab edirəm, çünki bu həm Ermənistanın, həm Qarabağın təhlükəsizliyini təhdid edir”,-ekspert deyib. Onun sözlərinə görə, yarasaların toplanmasının dəqiq məqsədini müəyyən etmək mümkün deyil, çünki layihə məxfiləşdirilib.

“Təkcə o məlumdur ki, yarasaları Gürcüstanın, Ermənistanın və Azərbaycanın ərazilərində toplayırlar. Bu yaxınlarda Abxaziyaya keçən adamı həbs ediblər, o deyib ki, yarasa tutub satmaq istəyirdi. Yəni proses gedir. Lakin yarasaları DTRA toplayırsa, o zaman onların həmin heyvanlarla bağlı hansı araşdırmalar apardığına dair informasiyaya malik olmaqla müəyyən təxminlər irəli sürmək olar”,-Qriqoryan belə deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam