Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

“Şassi” mağazalarında saxta ehtiyat hissələri İDDİASI –FOTOLAR

“Şassi” mağazalar şəbəkəsindən avtomobil üçün ehtiyat hissəsi alan vətəndaş ciddi problemlə üzləşib.
Yenixeberorg.az: Bu barədə Masallı rayon sakini saytımıza məlumat verib. Onun sözlərinə görə, BMW X5 markalı avtomobili üçün “Şassi” mağazasından aldığı su pompasının nasazlığı nəticəsində avtomobilinin mühərriki sıradan çıxıb. Şikayətçi sözügedın mağaza səbəbindən 5 min manatdan artıq zərərə düşdüyünü bildirib.
Şikayətçinin sözlərinə görə, su pompasını 350 manata alıb. Sifarişi “Şassi”nin Lənkəran filialı vasitəsilə verib, ödənişi də həmin filiala köçürüb. Ehtiyat hissəsini isə Bakı şəhərində yerləşən Yasamal mağazasından götürüb.
Vətəndaş iddia edir ki, detalın nasazlığı nəticəsində avtomobilin mühərriki sıradan çıxıb. Problemdən sonra dəfələrlə Lənkəran filialına müraciət edərək narazılığını bildirib, həmçinin mağazanın əlaqə nömrələrinə zəng edib. Lakin müraciətləri nəticəsiz qalıb.
Onun sözlərinə görə, telefon zənglərinə çox vaxt cavab verilməyib, əlaqə saxlanıldıqda isə məsələnin rəhbərliyə çatdırıldığı və həll olunacağı bildirilib.
Buna baxmayaraq, problem indiyədək həllini tapmayıb.
Şikayətçi həmçinin satışa çıxarılan detalın zavod istehsalı kimi təqdim edilməsinə baxmayaraq, məhsulun mənşəyinə dair şübhələrinin olduğunu bildirir.
Qeyd edək ki, bu, “Şassi” mağazalar şəbəkəsi ilə bağlı səsləndirilən ilk narazılıq deyil. Sosial şəbəkəkərdə də mağazadan alınan ehtiyat hissələrinin nasazlığı nəticəsində avtomobillərin mühərrikində ciddi problemlər yarandığı barədə çoxlu şikayətlər var.
“Şassi” mağazalar şəbəkəsindən məsələ ilə bağlı münasibət öyrənməyə hazırıq.(tribuna.az)
“Şassi” mağazalarında saxta ehtiyat hissələri İDDİASI – Foto




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam