Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Döyüşə “gedən” Petrosyan -teatrda peyda oldu

Döyüşə “gedən” Petrosyan teatrda peyda oldu
Bir neçə gündür ki, erməni mətbuatı aktyor, ssenarist Vardan Petrosyanın oğlu ilə birgə Qarabağda döyüşdüyünü yazırdı.
Yenixeber.org: Aktyor özü “Facebook” səhifəsində yazıb ki, haqqında yayılan məlumat yalandır, hazırda döyüş bölgəsində yox, teatrdadır:

“Əziz dostlar, cəbhəyə getməyim və ya “Artsax”da (Qarabağ-red.) olmağım barədə internetdə xəbərlər dolaşır. Bu yalan məlumatdır. Düşünürəm ki, anlaşılmazlığın səbəbi reportajların birindən olan hərbi geyimimdəki fotodur. Oğlum Hayk Qarabağda, mən isə Ermənistandayam. Gümrü Dövlət Teatrında teatr tamaşalarımı davam etdirirəm”.



Xatırladaq ki, sosial şəbəkələrin erməni seqmenti həmin fotonu paylaşaraq “erməni döyüş ruhu” adıyla ata-balanın Qarabağda savaşdığını təbliğ edirdi. Amma feyk xəbərləri ilə ad çıxaran Ermənistan mətbuatı və sosial şəbəkə səhifələri yenə ifşa edildi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam