Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

"Üsyançı general" barədə cinayət işi açıldı, istintaq başladı -Akopyan cəzalandırılır

Ermənistanın Xüsusi İstintaq Xidməti keçmiş Baş Qərargah rəisi, Müdafiə Nazirliyinin nəzarət xidmətinin keçmiş rəisi, general-polkovnik Movses Akopyanın ötən həftəki mətbuat konfransında verdiyi bəyanatlar üzrə cinayət işi açıb. 

Yenixeber.org: Bu haqda erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, cinayət işivəzifə səlahiyyətlərindən sui-istifadə (ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi üzrə açılıb və ilkin istintaq hərəkətlərinə start verilib.

Xatırladaq ki, Akopyan istefa verdikdən bir gün sonra - noyabrın 19-da keçirdiyi mətbuat konfransında ölkə rəhbərliyinin Dağlıq Qarabağ müharibəsində yol verdiyi səhvlərdən danışıb.

Onun fikirləri Ermənistanda sensasiya, Paşinyan hakimiyyətində isə qəzəb doğurub: “Baş nazir əlavə qoşun yığmağı dayandırır və bunun əvəzində müharibənin üçüncü günü ön cəbhəyə könüllüləri yollayır. Baş nazirin bu qərarını necə əsaslandırması haqda mənə məruzə etmirlər. Elə ilk döyüşlərdə könüllülərin bir hissəsi həlak olub, qalanları qaçıb. Artıq müharibənin beşinci günü Qarabağda 1500 nəfər fərari vardı. Onları müxtəlif yerlərdə təcrid ediblər ki, qayıdıb Ermənistanda çaxnaşma yaratmasınlar".

Akopyanın sçıqlamaları Müdafiə Nazirliyi, eləcə də Baş nazirin mətbuat katibi tərəfindən təkzib olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam