Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Türk qırıcıları Pakistan səmasında -VİDEO

Pakistan Milli Günü çərçivəsində martın 23-də keçirilməsi planlaşdırılan, lakin hava şəraiti səbəbindən təxirə salınan hərbi parad dünən keçirilib.

Yenixeber.org: İslamabada baş tutan parada Pakistan Prezidenti Arif Alvi, Quru Qoşunları Komandiri Kamar Cavid Bacva, nazirlər və nazir müavinləri, xarici təşkilatların nümayəndələri, diplomatlar və vətəndaşlar qatılıblar.

Pakistan əsgərlərinin yürüş gerçəkləşdirdiyi mərasimdə tanklar, radarlar, hava hücumundan müdafiə sistemləri və ballistik raketlər nümayiş olunub. Vertolyotlar və döyüş təyyarələri mərasim keçirilən ərazidən keçid ediblər.

Digər tərəfdən, Türkiyə Milli Müdafiə Nazirliyi Hava Qüvvələri Komandanlığının "SOLOTÜRK" heyətinin nümayiş uçuşu və Mehtərin "Dil Dil Pakistan, Can Can Pakistan" marşı izləyənlər tərəfindən böyük coşqu ilə qarşılanıb.

Mərasimin sonunda Pakistanın müxtəlif əyalətlərindən gələn rəqs qrupları da çıxış ediblər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam