Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

ORDUMUZ BU YÜKSƏKLİKLƏRDƏN ERMƏNİLƏRİ QOVDU -Mədənlərə nəzarəti tam bərpa etdilər

Azərbaycan Silahlı Qüvvələrinin hərbiçiləri Böyük Siznək və Yuxarı Kilnbac kəndləri yaxınlığındakı Yağlıvənd yüksəkliyindən separatçıları çıxarıblar.

Yenixeber.org: Bu barədə araşdırmaçı jurnalist Elçin Alıoğlu Tvitter hesabında paylaşıb.

“Hərbiçilərimiz Karaxtir və Tiyə gips mədənlərinə nəzarəti tam ələ keçiriblər. Artıq bizim postlardan Xankəndi - Qırmızı Bazar yoluna qədər məsafə 2 km-dən də azdır”, - deyə o bildirib.Hadisənin təfərrüatı açıqlanmayıb.Qeyd edək ki, 10 noyabr 2020-ci il bəyanatına əsasən, erməni silahlı birləşmələri Azərbaycan ərazisini tərk etməli, onların əvəzinə Qarabağdakı ermənilərin təhlükəsizliyini rus sülhməramlıları təmin etməlidir. Rus sülhməramlıları 10 noyabr 2020-ci ildən Azərbaycanın Qarabağ bölgəsində yerləşməyə başlasa da, erməni silahlıları Azərbaycan ərazisini tərk etməyiblər, əksinə, rus sühməramlıların arxasında gizlənərək, vaxtaşırı Azərbaycan Ordusunun əsgərlərini, hətta Şuşa istiqamətində yerləşən bölmələrimizi atəşə tuturlar.10 noyabr bəyanatına uyğun olaraq, bu silahlılar qanundankənar və terrorçu sayılır və Azərbaycan Ordusunun onlara qarşı istənilən vaxt antiterror əməliyyatı keçirməyə hüququ var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam