Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Türkiyənin tanınmış həkimindən xəbərdarlıq: -“Koronavirusun əlamətləri tamamilə dəyişib”

Türkiyənin tanınmış həkimindən xəbərdarlıq: “Koronavirusun əlamətləri tamamilə dəyişib”

“Koronavirusu simptomsuz keçirən və virusa yoluxduğunun fərqində olmayan insanlar avtobusa, metroya minərək hamını yoluxdururlar”.

Yenixeber.org: Bunu Türkiyənin məşhur həkimi, professor Mehmet Ceylan “DHA”ya müsahibəsində söyləyib.

Onun sözlərinə görə, COVİD-19-a yoluxan uşaqlarda müşahidə olunan kliniki əlamətlərdə dəyişikliklər baş verib.

“Əlamətlər tam dəyişib. Əvvəllər hərarət, baş və bədən ağrıları, dadbilmənin pozulması ön planda idisə, indi daha çox adi soyuqdəymə əlamətləri özünü göstərir”, - o qeyd edib.

Professor bildirib ki, yetkin şəxslərin 85 %-i, uşaqların isə 90 %-i koronavirusu simptomsuz keçirir: “Avtobusa minirsiniz, tutaq ki, orada koronavirusa yoluxmuş bir sərnişin var. Amma fərqində deyil, qızdırması yoxdur, heç bir şikayəti yoxdur. Maskasını da düzgün taxmır. Həmin şəxs bütün avtobusu yoluxdurur. Bu xüsusiyyət tamamilə COVID-19-a aiddir. Qripdə belə olmur. Qripə tutularaq xəstələnən adamlarda mütləq müvafiq əlamətlər olur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam