Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Xüsusi Təyinatlı Qüvvələrdə Zəfər Günü qeyd olunub - VİDEO+FOTOLAR

Xüsusi Təyinatlı Qüvvələrdə Zəfər Günü qeyd olunub -  VİDEO

Zəfər Günü münasibətilə Xüsusi Təyinatlı Qüvvələrdə veteranlar və Vətən müharibəsində şəhid olmuş qəhrəmanların ailələri ilə görüş keçirilib.
Yenixeber.org: Müdafiə Nazirliyi xəbər verir ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib. Mərasim iştirakçıları hərbi hissənin ərazisində ucaldılmış ulu öndər Heydər Əliyevin büstü və Xüsusi Təyinatlı Qüvvələrin xatirə abidəsi qarşısına gül dəstələri qoyublar.

Tədbirdə "Zəfər Günü" münasibəti ilə hazırlanan tort kəsilib, veteranlara və şəhid övladlarına müxtəlif hədiyyələr təqdim olunub.

Balacalara müasir atıcı silahlar nümayiş etdirilib, onları maraqlandıran suallar cavablandırılıb.
Muğam ifaçısı Kənan Bayramov qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirib.
Sonda qonaqlar şəxsi heyətlə birgə çay süfrəsində söhbət ediblər.















Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam