Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Çavuşoğlu Ərdoğanın səhhəti barədə danışıb...

“Prezidentimizin səhhəti çox yaxşıdır, səsi də çox yaxşı gəlir. Davamlı olaraq telefon danışıqları da aparır”.

Yenixeber.org: NTV telekanalının verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O, özünün də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon əlaqəsi saxladığını vurğulayıb: “Çox şükür, səsi yaxşı gəlirdi”.

Nazir Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə planlaşdırılan səfərinə də toxunub. Çavuşoğlu qeyd edib ki, səfərin reallaşması Türkiyə Prezidentinin koronavirus testlərinin nəticəsindən asılı olacaq: “Bu, testlərin nəticələrindən asılıdır. Səfər uzun müddət əvvəl planlaşdırılıb. 15 fevralda Dubay EXPO-da Milli Gün olacaq, inşallah, o zamana qədər sağalar”.

Qeyd edək ki, Ərdoğan və xanımı COVID-19-un Omicron ştamına yoluxub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam