Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Müdafiə naziri:"Müasir silah və hərbi texnikanın alınması davam etdiriləcək"

Müdafiə naziri: Müasir silah və hərbi texnikanın alınması davam etdiriləcək

"Orduda aparılan islahatlar çərçivəsində müasir silah, hərbi texnika və avadanlıqların alınması bundan sonra da davam etdiriləcək".

Yenixeber.org: Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov işğaldan azad edilən ərazilərdə istifadəyə verilən yeni hərbi hissənin şəxsi heyəti ilə görüşü zamanı deyib.

Nazir Azərbaycan Ordusunun hərbi qulluqçularının, o cümlədən hərbi hissənin şəxsi heyətinin Vətən müharibəsində göstərdikləri şücaət və qəhrəmanlıqlarının dövlət başçısı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, eyni zamanda, Silahlı Qüvvələrin Ali Baş Komandanının yeni tapşırıqlarının icrasına hər an hazır olmalarını bir daha hərbi qulluqçuların diqqətinə çatdıran müdafiə naziri orduda aparılan islahatlar çərçivəsində müasir silah, hərbi texnika və avadanlıqların alınmasının bundan sonra da davam etdiriləcəyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam