Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

İranın casus şəbəkəsi ifşa edildi-Türkiyədə

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul Təhlükəsizlik Müdirliyi tərəfindən keçirilən xüsusi əməliyyat zamanı İran xüsusi xidmət orqanlarının Türkiyədə iranlı müxaliflərin oğurlanması planlarına yardım edən 14 şübhəli saxlanılıb.

Yenixeber.org: Bu barədə “Anadolu” xəbər yayıb.

Məhkəmə saxlanılan şəxslər barəsində (12-si Türkiyə vətəndaşı, 2 İran vətəndaşı) həbs qətimkan tədbiri seçib. Casus şəbəkəsinin daha üç üzvü axtarışa verilib.

Təhlükəsizlik qüvvələrində mənbələrdən verilən məlumata görə, “By Saglam” müdafiə şirkətinin sahibi İhsan Sağlam və onun işçisi, İran vətəndaşı Morteza Soltan Sancarinin iranlı müxalifətçiləri qanunsuz yolla Türkiyədən çıxarmağa cəhd etdiyi müəyyən edilib.

Sağlam və Səncəri İran kəşfiyyatı adından fəaliyyət göstərən Seyyedmehdi Hosseini və Əli Qəhrəmanikhadjiabaddan müvafiq göstərişlər alıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam