Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Kaçinski Avropa İttifaqını ittiham etdi:“Biz səlahiyyətdən sui-istifadə və yalan görürük”.

Kaçinski Avropa İttifaqını yalançılıqda ittiham etdi

Polşanın hakim partiyası olan Hüquq və Ədalətin (PiS) rəhbəri, baş nazirin təhlükəsizlik məsələləri üzrə müavini Yaroslav Kaçinski Avropa İttifaqını yalan və sui-istifadədə ittiham edib.
Yenixeber.org: Kaçinski Polşa radiosunda deyib: “Biz səlahiyyətdən sui-istifadə və yalan görürük”.
Eyni zamanda o qeyd edib ki, Polşanın Aİ-dən çıxması gündəlikdə yoxdur: “Hazırda Aİ-də mövcudluğumuz Polşanın və Avropanın gələcəyi üçün çox lazımdır”.
Qeyd edək ki, Avropa Komissiyası İntizam Palatasını hakimlərin müstəqilliyi üçün təhlükə hesab etdiyinə və rəsmi Varşava bu qurumun ləğvindən boyun qaçırdığına görə Avropa Məhkəməsi ötən ilin oktyabr ayında Polşanı gündəlik bir milyon avro həcmində icbari ödənişlə cərimələmişdi.
Hakim partiyanın qanun layihəsinə əsasən, ölkədə hakimlərin fəaliyyəti ilə əlaqədar şikayətlərə Ali Məhkəmənin hakimləri baxacaqlar və hansı hakimin hansı işə baxacağı püşk əsasında müəyyən olunacaq. Bildirilib ki, yeni qanun layihəsi Avropa Məhkəməsi tərəfindən tövsiyə olunan bütün nüansları özündə ehtiva edir.
Xatırladaq ki, Avropa Komissiyası yanvar ayının sonunda Polşaya Avropa Məhkəməsinin qərarlarını icra etmədiyinə görə 69 milyon avro həcmində ödəniş tələbi göndərmişdi. Bir tərəfdən cəza məbləğinin günbəgün artması, digər tərəfdən isə mübahisə fonunda ölkəyə Aİ yardımlarının dayanması Polşa hökumətini və hakim partiyanı müvafiq addımlar atmağa vadar edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam