Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Rusiya Türkiyəyə çağırış etdi-RƏSMİ

 Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiyəni Suriyanın şimalında vəziyyəti gərginləşdirəcək addımlardan çəkinməyə çağırıb.
Yenixeber.org: Zaxarova bu barədə ənənəvi mətbuat konfransında bildirib

"Biz türk tərəfdaşlarımızı gərginliyin artmasına səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq. Biz ondan çıxış edirik ki, Suriyanın qanuni hakimiyyətinin razılığı olmadan hərbi əməliyyatlar suverenliyin, ərazi bütövlüyünün pozulması deməkdir", - Zaxarova deyib. 

Bundan əvvəl Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın Ankaranın Suriyanın şimalında yeni hərbi əməliyyata hazır olduğunu, hər an başlaya biləcəyini bildirmişdi.
Suriyanın sərhəd bölgəsində kürd birləşmələrinə qarşı əməliyyatlar aparan Türkiyə qüvvələrinin mövcudluğunu rəsmi Dəməşq dəfələrlə qeyri-qanuni adlandırıb və Ankaranı qoşunlarını geri çəkməyə çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam