Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

DYP bu sürücülərə müraciət etdi


Qurban bayramı günlərində Baş DYP İdarəsi tərəfindən yollarda təhlükəsizliyin təmin edilməsi, baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər keçirilib. 

Yenixeber.org: Tədbir zamanı sürət həddinə riayət olunması, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı aparmamaları, manevretmə qaydalarını kobud şəkildə pozmamaları, qarşıdakı nəqliyyat vasitəsilə ara məsafəsini düzgün seçmələri və ən çox da yuxulu, yaxud yorğun halda avtomobil idarə etməmələri sürücülərin diqqətinə çatdırılıb.

Tədbirdə sürücülərlə yanaşı avtomobillərdə olan uşaqlarla da söhbət aparılıb. Onlara Baş DYP İdarəsi tərəfindən hazırlanmış hədiyyələr təqdim olunub.

Uşaqlar şərti yol polisləri elan edilərək onlara valideynlərə nəzarət etmək, yollarda qayda pozduqları zaman xəbərdarlıq etmək tövsiyə olunub. 

Vətəndaşlarımızın mənzil başına sağ-salamat çatması, bayramı xoş əhval-ruhiyyə ilə keçirməsi üçün Baş DYP İdarəsi tərəfindən belə tədbirlərin keçirilməsi davam etdiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam