Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Nazir:“Bu gün biz qalib ölkənin diplomatlarıyıq”

Ceyhun Bayramov

“Azərbaycanın, Qarabağın incisi, ölkəmizin və Türk dünyasının mədəniyyət paytaxtı – Şuşada sözün əsl mənasında bizlər üçün bayram bayrama qarışıb”.

Yenixeber.org: Bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində deyib.

“Nə xoşbəxt ki, bu gün biz hər birimiz artıq qalib ölkənin vətəndaşları, qalib ölkənin səfirləri, qalib ölkənin diplomatlarıyıq. Mən bu xoşbəxtliyi bizlərə yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, qəhrəman Azərbaycan Ordusuna minnətdarlıq etmək istərdim. Biz bu gün böyük minnətdarlıq hissi ilə şəhidlərimizin ruhu qarşısında baş əyirik, onlar canlarından, qazilərimiz qanlarından keçdi və məhz bunun nəticəsində biz hamımız bu xoşbəxtliyi və sevinci yaşaya bilirik”, - XİN rəhbəri qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam