Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Azərbaycan və Gürcüstan ortaq gömrük və sərhəd-keçid məntəqələri yarada bilər

 

Azərbaycan və Gürcüstan ortaq gömrük və sərhəd-keçid məntəqələrinin yaradılması ilə bağlı iş aparır.

Yenixeber.org: Bunu qonşu ölkənin Milli Gəlirlər Xidmətinin rəhbəri Levan Kakava Bakıda keçirilən Transxəzər Beynəlxalq nəqliyyat Şərq-Qərb Dəhlizi boyu "bir pəncərə" prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi (Data pipeline) üzrə çoxtərəfli görüşdə çıxışı zamanı deyib.

O, beynəlxalq donorları bu layihəyə dəstək verməyə çağırıb.

"Rusiya-Ukrayna müharibəsi yükdaşımaların marşrutunun Cənuba doğru dəyişməsinə şərait yaradıb. Bu baxımdan Orta Dəhliz xüsusi əhəmiyyətə malikdir. Hesab edirəm ki, beynəlxalq donorlar Azərbaycanla ortaq yaratmaq istədiyimiz gömrük və sərhəd-keçid məntəqəsinin qurulmasına dəstək verəcəklər", - deyə Gürcüstan rəsmisi qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam