Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Ərdoğan Azərbaycana səfərini ləğv etdi -SƏBƏB

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyul ayının 6-da Azərbaycan səfəri ləğv edilib.

Yenixeber.org xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumatda bildirilib ki, Türkiyə millisinin futbolçusu Merih Dəmiral “Avro-2024” futbol çempionatının 1/8 final mərhələsində Türkiyə-Avstriya matçında qol vurduqdan sonra əli ilə Bozqurd işarəsini göstərib. Bundan sonra UEFA Türkiyə milli komandasının futbolçusu ilə bağlı araşdırmaya başlayıb.

Qeyd olunub ki, bu hadisədən sonra Ərdoğan milliyə dəstək vermək məqsədilə Almaniyaya səfər edərək oyunu stadiondan izləyəcək:

"Prezident Ərdoğan milliyə dəstək olmaq və onların yanında olduğunu göstərmək üçün iyulun 6-da Azərbaycanda keçiriləcək Türk Dövlətləri Təşkilatının görüşünü ləğv edərək Almaniyaya getməyə qərar verib. Ərdoğan Türkiyə - Niderland matçını stadiondan izləyəcək".

Xatırladaq ki, Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi sammitində iştirak etmək üçün Azərbaycana gəlməyi planlaşdırırdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam