Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

İsrail Qəzzada döyüşən əsgərlərini peyvənd edir -SƏBƏB

İsrail Qəzzada döyüşən əsgərlərini poliomielitə qarşı peyvənd etməyə başlayıb

İsrail Ordusu Qəzza zolağında əməliyyatda iştirak edən quru qoşunlarının hərbçilərinin poliomielit xəstəliyinə qarşı peyvənd edilməyə başlanıldığını açıqlayıb.

Yenixeber.org: İsrail Ordusunun yaydığı açıqlamada bildirilib ki, Qəzza zolağında polimelitə yoluxma xəbərləri yayılandan sonra anklavın müxtəlif rayonlarında müvafiq testlər aparılıb və əldə olunan nəticələrə əsasən, hərbçilərin mütləq vaksinasiya olunması barədə qərar qəbul edilib.

Bununla belə, peyvənd olunmaq istəməyən əsgərdən bunu etmək tələb olunmayacaq.

Eyni zamanda İsrail Ordusu Qəzza əhalisinin peyvənd olunması üçün də müxtəlif beynəlxalq təşkilatlarla birgə çalışır.

Qeyd edək ki, “Əl-Cəzirə” telekanalı Fələstin Səhiyyə Nazirliyinə istinadən Qəzza zolağında bəzi çadır düşərgələrində poliomielit xəstəliyinin mürəkkəb formasına səbəb olan təhlükəli virus aşkar edildiyi barədə məlumat yayıb. Bu viruslar tullantı sularında və çirklənmiş sularda aşkarlanıb.

Poliomielit poliovirusun yaratdığı təhlükəli yoluxucu xəstəlikdir. Virus sinir sisteminə təsir edir, iflic və ölümə səbəb ola bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam