Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

İran və Rusiya bir ay ərzində Rəşt –Astara dəmir yolunun tikintisi üzrə müqavilə imzalayacaqlar

 

İran və Rusiya bir ay ərzində Rəşt - Astara dəmir yolunun tikintisi üzrə müqavilə imzalayacaqlar.

Yenixeber.org xəbər verir ki, bu barədə İranın nəqliyyat infrastrukturunun tikintisi və inkişafı üzrə direktoru Huşanq Bazvand bildirib.

"Proqnozlara görə, bir aydan az müddətdə İranın nümayəndə heyəti müqavilənin imzalanması üçün Rusiyaya yollanacaq və bundan sonra faktiki olaraq Rəşt - Astara dəmir yolunun tikintisi üzrə işlərə başlanacaq", - deyə H.Bazvand bildirib.

Onun sözlərinə görə, İran dəmir yolunun layihələndirilməsi və tikintisi məsələsində Rusiya tərəfindən irəli sürülən təkliflərin təxminən 70 %-ni qəbul edib. O, əlavə edib ki, baş podratçı olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) strukturuna daxil olan "Xatəm əl-Ənbiya" tikinti şirkəti seçilib.

Qeyd edək ki, 2023-cü ildə Rusiya və İran, Şimal - Cənub layihəsi çərçivəsində Fars körfəzi limanlarına birbaşa keçidi təmin etməyə yönəlmiş 160 kilometrlik Rəşt - Astara yolunun birgə tikilməsi haqqında saziş imzalayıbılar. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur. Moskva və Tehran layihələndirmə, tikinti, mal və xidmətlərin tədarükünü birgə maliyyələşdirəcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam