Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

"Kallasın Ermənistana seçkilərdə kömək vədi “günahı boynuna” almaqdır"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Ermənistandakı seçkilərlə bağlı fikirlərinə münasibət bildirib.

Yenixeber.org: Lavrov deyib ki, Kallasın Moldovada olduğu kimi, Ermənistana da seçkilərdə zərərli xarici müdaxilə ilə mübarizədə kömək edəcəklərini vəd etməsi “günahı boynuna” almaqdır.

Rusiya XİN rəhbəri onu qeyd edib ki, “Qərb digər ölkələrin seçkilərinə fəal müdaxilə edir və suveren dövlətlərin daxili işlərinə müdaxilə neokolonializmin ən açıq təzahürlərindən biridir”.

Qeyd edək ki, gələn il Ermənistanda seçkilərin keçiriləcəyini bildirən Kaya Kallas rəsmi İrəvanın xarici müdaxilələrin qarşısının alınması mövzusunda Aİ-dən kömək istədiyini bəyan edib. Kaya Kallas daha əvvəl isə 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Rusiyanın Ermənistanda dezinformasiya kampaniyasını gücləndirdiyini iddia edib.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam